Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, səyyahlar otuz ilə yaxın müddətdə işğal altında qalan Laçında törədilən dağıntılar barədə məlumatlandırılıb.
Bildirilib ki, işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir.
Səfər zamanı səyyahlar, həmçinin Laçın şəhərində inşa edilmiş evlərə baxış keçiriblər.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir. Üçgünlük səfər çərçivəsində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın rayonudur.(report)