Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran rejimi başa düşməlidir ki,....

İran rejimi başa düşməlidir ki,....


"2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı beynəlxalq hüquq normalarına qarşı təhdid və təhlükə olmaqla bərabər, İslam dünyasının birliyini pozmağa edilən fundamental cəhddir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı bu açıq terror aktına şərait yaratmaq, bu qanlı hadisəni təşkil etmək və terrorçunu bu və ya digər formada dəstəkləmək İranın mövcud hakimiyyətinin əsl xislətidir:

"İndiyə qədər dünyanın heç bir yerində görünməyib ki, hakimiyyət terrorçunu əzizləyə-əzizləyə mikrofon qarşısına çıxarsın. Amma İran rejimi bunu da etdi. Məlum terror aktının İranda dövlət səviyyəsində təşkil olunmasına ən ciddi sübut Səfirliyin qarşısında dayanan silahlı hərbçinin cinayətkarım qanlı əməlinə seyrçi qalmasıdır".

Deputat qeyd edib ki, küçə və meydanlarda haqq və hüququnu müdafiə edən vətəndaşlarını min bir bəhanə ilə kütləvi şəkildə dara ağacına çəkən İran rejimi bu qanlı terror aktını törədən Yasin Hüseynzadəni “dəli” adı ilə məsuliyyətdən xilas etmək istəyir. Lakin beynəlxalq hüquq aşağıdakı suallara cavab istəyir:

"Terrorçu Yasin Hüseynzadə avtomat silahı necə əldə edib?, Aylardan bəri davam edən kütləvi etirazlar səbəbində paytaxt Tehran başda olmaqla ölkənin hər yerində ciddi yoxlamalar olduğu halda terrorçu Azərbaycan Səfirliyinə qədər polisdən necə yayına bilib?, Yasin Hüseynzadə terror aktını törədən gün hansı ünvandan bu cinayət yoluna çıxıb?, terrorçunun son dövrlər əlaqə saxladığı şəxslər barədə hansı məlumatlar var və s".

Aydın Hüseynov onu da deyib kki, ortada real bir həqiqət var:

"Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri İran rejimi ölkəmizə, dövlətimizə və xalqımıza qarşı aqressiv düşmənçilik nümayiş etdirib. Lakin bütün hallarda rəsmi Tehran məğlubiyyətə düçar olub. Azərbaycanın Tehrandakı Səfirliyinə edilən silahlı hücum ilk növbədə insanlıq əleyhinə cinayətdir. İran rejimi başa düşməlidir ki, Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik, onun daxili və qlobal problemlərini həll etməyəcək, əksinə daha da ağırlaşdıracaq".

Anar
Xəbəri paylaş