Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın İsveçrəylə rəqabət aparacaq

Laçın İsveçrəylə rəqabət aparacaq


Polşa və Almanuyada fəaliyyət göstərən Sevara Groupun Laçında, Həkəri çayının sahilində salacağı turizm düşərgəsi barədə detalları şirkətin prezidenti Rəşad Quliyev açıqlayıb.

Newscenter.az-ın xəbərinə görə, iş adamı bildirib ki, işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma və bərpa işləri çərçivəsində Sevara Group olaraq öz layihələrini Azərbaycan hökümətinə təqdim ediblər. Rəşad Quliyev diqqətə çatdırıb ki, Ölkə Prezidentinin sahibkarlara yaratdığl şərait, Şərqi Zəngəzur və Qarabağ torpaqlarında yaradılan iş yerlərinin 10 il müddətinə vergidən azad olunması prinsipi əsasında "CamperPark Həkəri" düşərgəsinə giriş digər turizm mərkəzləri kimi pullu deyil, pulsuz olacaq:

"Ərazi üçün ayrılmasını istədiyimiz torpaq sahəsini şəxsi mülkiyyət deyil, dövlətdən icarə kimi istəmişik. Çünki təbiətin yaratdığı gözəlliyi heç kim nə hasarlaya nə də şəxsi mülkiyyətinə çevirə bilməz. Çay kənarında və ya dağların qoynunda istirahət zövqünü ilk öncə doğma torpaqlarına həsrət qalan Laçınlılar, yerli əhalimiz sonra isə ölkəmizi, rayonumuzu tanıtmaq məqsədi ilə gələn turist qonaqlar yaşamalıdırlar. Ərazidə bir ağac belə kəsilməmək şərti ilə heç bir xüsusi qazıntı və ya tikinti işlərinin aparılması nəzərdə tutulmur".

Şirkət rəhbəri onu da qeyd edib ki, yerləşdirilən mobil evlər təkər üzərində qoşqular olacaq. İşıqlandırma təbii günəş enerjisi vasitəsilə nəzərdə tutulur:

"Avropaya getməyə ehtiyac qalmayacaq. Çünki Laçın artıq İsveçrəylə rəqabət aparacaq. CamperPark Həkəri ekolayihəsi Cənubi qafqazda ilk möhtəşəm bir layihə olacaq".

Anar
Xəbəri paylaş