Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası müəyyən olunub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs — 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.
Mehman