Güney Azərbaycanın Xoy bölgəsində əsil insanlıq faciəsi yaşanır. İran hökuməti zəlzələdən sonra küçələrində qalan xalqa sahib çıxmır, yardım göstərmir. İnsanlar soyuqdan ölürlər.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, indanlar qida və digər tələbat ehtiyacları tükəndiyindən böyük problemlərlə üz-üzə qalıblar:
"İran hökuməti isə dövlət televiziyası vasitəsilə, zəlzələdən zərər görənlərə yardım etməyəcəyini bildirib və zərərçəkənlərin qohumları və sadə yardımsevər insanların bu işı görməsini tövsiyə edir. Onların səsini dünyaya çatdırmaq üçün, hər kəs öz köməkliyini etməlidir".
Mehman