Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər dərhal hərəkətə keçib Türkiyəyə yardım etməlidir

Beynəlxalq humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər dərhal hərəkətə keçib Türkiyəyə yardım etməlidir


“Qardaş Türkiyənin bir çox vilayətlərində baş verən dağıdıcı zəlzələ hər birimizi dərindən sarsıtdı, kədərə bürüdü. Yeraltı təkanlar nəticəsində həyatını itirənlərə rəhmət, xəsarət alanlara isə Allahdan şəfa diləyirik”.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, zəlzələ nəticəsində ağır durumla üzləşən qardaş Türkiyənin dəstəyə, yardıma ehtiyacı var:

“Hesab edirik ki, beynəlxalq humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər dərhal hərəkətə keçib Türkiyəyə zəlzələnin fəasdlarının aradan qaldırılmasında yardım etməlidir”.

Arzuman Muradlı Azərbaycan dövlətinin Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ilk yardım göndərən ölkə olduğunu diqqətə çatdıraraq onu da əlavə edib ki, hər bir azərbaycanlı da öz növbəsində bu prosesdə fəal iştirak etməli, əlindən gəldiyi qədər Türkiyəyə, dağıntılar nəticəsində çarəsiz duruma düşən türk xalqına dəstək olmalıdır:

“Bu acı gündə qardaşlarımıza yardım üçün əlimizdən gələni əsirgəməməliyik. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı 85 milyonluq Türkiyənin qəlbi Azərbaycanla döyünür, bizə mənəvi dəstəyini əsirgəmirdi, indi də növbə bizimdir. Fürsətdən istifadə edib Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrini bu prosesdə fəal iştirak etməyə, Türkiyə dövləti, türk xalqına dəstək olmağa çağırıram”.

Mehman
Xəbəri paylaş