Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu nazirliyin funksiyaları ASAN xidmətə verilməlidir-PARTİYA SƏDRİ

Bu nazirliyin funksiyaları ASAN xidmətə verilməlidir-PARTİYA SƏDRİ


Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayərlər artır. Əksəriyyət sözügedən nazirliyin ləğv olunaraq müvafiq qurumlara birləşdirilməsi, yaxud onun rəhbərliyinin dəyişdirilməsi qənaətindədir.

Newscenter.az-ın xəbərinə görə, Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə nüfuzunu tamamilə itirib. Partiya sədrinin sözlərinə görə. bu nazirliyin başında duranlar əhalinin müdafiəsi ilə deyil, qanının sorulması, xüsusilə Qarabağ müharibəsi qazilərinə, veteranlarına divan tutmaqla məşğuldur:

"Hesab edirik ki, bu qurum ləğv edilməli, onun bütün səlahiyyətləri ASAN Xidmətə, yaxud bir hissəsi ASAN, digər hissəsi DOST Mərkəzlərinə verilməlidir".

Mehman
Xəbəri paylaş