Qəbələ rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin, İntellektual İnkişaf Naminə” İctimai Birliyin tərəfdaşlığı ilə həyata keçirilən “44 Gündə Qızıl Tarix Yazanlar” layihəsi çərçivəsində şəhid hərbi həkim baş leytenant Aqşin Ənvərlinin ailəsi ziyarət olunmuşdur.
Newscenter.az xəbər verir ki, daha sonra Qəbələ rayon Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbdə davam edən tədbirdə öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himnimiz səsləndirilmişdir.
Layihə rəhbəri Xəyal Məmmədəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Bu Qələbə ölkə rəhbəri tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının parlaq nəticəsidir. Sonda Polkovnik Zavir Zərbəliyev və Psixoloq Tahirə Əsgərovanın təqdimatında gənclərə “Ordu quruculuğu və hərbiyə psixoloji hazırlıq” haqqında təlimlər keçirilmişdir.
Oruc