Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə avtomobil oğrusu saxlanılıb

Siyəzəndə avtomobil  oğrusu  saxlanılıb


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus “VAZ-21099” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Mehman
Xəbəri paylaş