Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
6 Şubat 2023 tarihinde ülkemizde meydana gelen depremler sebebiyle yedi gün süreyle millî yas ilan edilmiştir. Bütün yurtta ve dış temsilciliklerimizde 12 Şubat 2023 Pazar günü güneşin batışına kadar bayrağımız yarıya çekilecektir. pic.twitter.com/WsXvTpyr6y
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 6, 2023
Mehman