Sabiq millət vəkili, professor Cahangir Hüseynov Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Türk xalqına başsağlığı verib.
Newscenter.az-a daxil olan məlumatda bildirilib ki, sabiq millət vəkili 6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərqində Adıyaman, Malatya, Kahramanmaraş, Elazığ, Hatay, Gaziantep, Erzincan, Osmaniye, Manisada baş vermiş ağır zəlzələ hadisəsi, şəhərlerin dağılması, millərcə insanların həyatlarını itirməsi , xəsarət almasını böyük bir faciə ilə qarşıladığını, onda və ailəsində dərin sarsıntı keçirdiyini vurğulayıb. Cahangir Hüseynov qeyd edib ki, həyatlarını itirmiş insanılara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfalar diləyir:
"Allah Türkü qorusun, keçmiş olsun və Allahdan dərin hüzünl Türk xalqına başsağlığı diləyirəm. Bir böyük arzumu çatdırıram ki, zəlzələ böyük facie və fəlakətdir, ona qarşı mübarizəni bütün dünya dövlətlrinin elm adamları teknoloji və memarlıq baxımından daha mükkəmməl aparmasınl arzu edirəm. Bu sahədə bütün dünya insanlarının belə hadisələrinin qarşısının alinmasını azru edirəm. Bir daha Allah Türkü qorusun, dərin hüzn ilə faciənizə şərik olub, həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara sağlıq və fəlakətin aradan qaldırılması üçün bütün Türk xalqına səbr diləyirəm. Bu hadisə bir daha dünya dövlət və millətlərinin bir-birinə olan sayğılarını artırmalı, belə təbii fəlakətlərin və fəlakətlki müharibələrin qarşısı alınmalədir".
Mehman