Xankəndindəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Ruben Vardanyanın Moskvaya qaçdığı barədə məlumat yayılıb.
Newscenter.az hərbi ekspert Ədalət Verdiyevə istinadən xəbər verir ki, Rusiya kontingentinə aid yük maşınının arxa hissəsində, rus ordusunun yumaq üçün çamaşırxanaya aparılan köhnə hərbi geyimində və gizlin şəkildə Ermənistana aparılan fərari Ruben Vardanyanın Qarabağ sərgüzəştləri başa çatdı:
"Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində Ruben səhifəsini çevirə bildik. Vardanyan növbəti dəfə hər hansı bəhanə ilə Qarabağa qayıtmaq istəsə, bu birmənalı olaraq Azərbaycan Ordusunun müvafiq ildırım sürəti reaksiyasını təmin edəcək".
Mehman