Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Kahramanmaraşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"İlham Əliyev qardaşımla da telefonla danışdım. Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı. Şəxsən öz adımdan başda İlham Əliyev olmaqla burada çalışan heyətə təşəkkür edirəm", - deyə, Ərdoğan Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olarkən vurğulayıb.

"Azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm", - Türkiyə lideri bildirib.
Xəbəri paylaş