Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və İran Laçın-Qubadlı istiqamətindən hücuma hazırlaşır

Ermənistan və İran Laçın-Qubadlı istiqamətindən hücuma hazırlaşır


İran və Ermənistan Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətindən hücuma hazırlaşır. Newscenter.az xəbər verir ki, haqqın.az saytı belə bir məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Bildirilir ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidməti, hazırlıq işləri aparır. Bir sözlə İrandan SEPAH-ın da xüsusi əməliyyatda iştirak edəcəyi iddia olunur.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Plana əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi nəzərdə tutub. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” tapşırığı alan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi tərəfindən həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərlərinin formasında, lakin ermənilərdən ibarət olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.

Bu təxribatlara cavab olaraq isə Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Hətta əməliyyatlarda İranın kamikadze pilotsuz təyyarələrindən də istifadə edilməsi mümkündür.

Döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq. Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.
Xəbəri paylaş