Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.
Newscenter.az bildirir ki, "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.
Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.
Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.