Türkiyənin Malatya bölgəsində 5,5 maqnitudada zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində itki və dağıntı qeyd alınmayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Mehman