Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər


2023-cü il fevralın 8-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyiblər.

Newscenter.az xəbər verir ki, qəbula gələn vətəndaşlar: Davudova Gülarə Bəşir qızı, Həsənova Əsmər Mühəddin qızı, Şamıyeva Şəfiqə Baba qızı, Hadıyeva Afət Ələsgər qızı, Bəhrəmova Aysel Fəxrəddin qızı, Məmmədova Rəvanə Mehman qızı, Məhərrəmov İbrahim Hüseyn oğlu, Hadıyev Sakit Şahverən oğlu, Məmmədov Pənah Paşa oğlu, Murtuzzadə Yusif Namiq oğlu, Həsənov Azər Sultan oğlu, Kərimov Manaf İsrafil oğlu, Əsəddulayev İbad Əlibaba oğlu və başqaları fərdi evlərin sənədləşdirilməsinə, abad həyət yaradılması işlərinin davam etdirilməsinə, əlilliyə görə pensiya təyin edilməsinə, qeydiyyatdan çıxarılmış vətəndaşların yaşadıqları evdə və ya ərazidə yenidən qeydiyyata alınmasına,aztəminatlı ailənin tələbə övladının təhsil haqqının Tələbə Təhsil Kredit Fondu tərəfindən ödənilməsinə,işə qəbul olunmalarına,onlara ünvanlı sosial yardım təyin edilməsinə,şəxsi problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəltmək məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə bağlı məsələlərdə, eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb.

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşlarıın qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Mehman

Xəbəri paylaş