Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 37 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 37 nəfər koronavirusa yoluxub


Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 828 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 922 nəfər müalicə olunaraq sağalıb, hazırda 155 aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 380, bu günə qədər isə ümumilikdə 7 502 054 test icra olunub.

Mehman
Xəbəri paylaş