Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardım barədə statistik rəqəmləri açıqlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.
Belə ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.
Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Türkiyəyə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib.
Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Statistik rəqəmlərə əsasən, 855 min manatlıq maddi yardım edilib.
Mehman