Azad Vətən Patiyasının sədri Akif Nağı bölgələrə səfər çərçivəsində Mingəçevir şəhərində olub, partiyanın Migəçevir şöbəsinin üzvlərinin iştirakı ilə iclas keçirib.
Newscenter.az-a partiyanın mətbuat xidmətindən bildirilib ki, iclasda həmçinin partiyanın Siyasi Şurasının üzvləri Şirzad Hüseynov və Tacəddin Əyyubov iştirak edib. İclas Azərbaycanın dövləti himninin oxunması, Türkiyədəki zəlzələ nəticəsində həyatlarını itirənlərin və eyni zamanda Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Partiyaının Mingəçevir şəhər şöbəsinin sədri Məmməd Sarıyev iclası açaraq, yerli şöbənin fəaliyyəti və digər məsələlərlə bağlı məlumat verib. Sonra partiya sədri A.Nağı hazırkı vəziyyət, yerli şöbənin vəzifələri və digər məsələlərlə bağlı geniş məruzə ilə çıxış edib.
A.Nağı məruzəsində partiya quruculuğunun dövlət və millət üçün əhəmiyyətindən, təşkilatlanma işinin vacibliyindən, eyni zamanda dünyada və Azərbaycanda baş verən son hadisələrdən geniş şəkildə danışıb. İclasın iştirakçılarından Şirzad Hüseynov, Tacəddin Əyyubov, Məmməd Sarıyev, Mirməhəmməd Əyyubov, Bəhmən Qəmbərov və digərləri çıxış edərək, qoyulan məsələlərlə bağlı fikirlərini bildirblər. Çıxışların və müzakirələrin gedişində bir sıra problemlər, o cümlədən müxtəlif sahələrə aid regional idarələrin yaradılması, onun müsbət və mənfi cəhətləri, partiya üzvlüyünə insanların cəlb olunması, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının üzləşdikləri çətinliklər, xüsusilə onların əlillik dərəcəsinin müəyyən edilməsi və veteran vəsiqələrinin verilməsi və digər məsələləri gündəmə gətiriblər. Müzakirə olunan məsələlərlə bağlı uyğun qərarlar qəbul olunub. Sonda A.Nağı çıxış edərək yerli şöbənin üzvlərinin sayının artırılması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.
Mehman