Türkiyədə son illərdə miqyasına görə ən böyük təbii fəlakət baş verdi. Bu fəlakət təkcə Türkiyənin deyil, Azərbaycanın da ağrılarıdır. Tarixən bu iki dövlət bir-birinin sevincini də, kədərini də bölüşüb. Türkiyənin istiqlal savaşında Azərbaycan Türkiyənin yanındaydı, Bakının bolşevik-eserlərdən azad edilməsində Türkiyə Azərbaycanın yanındaydı. İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycandan qardaşlıq köməyini əsirgəmədi.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Bütün siyasi hadisələrə, Azərbaycanla bağlı siyasi əlaqələrə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə dövlətimizin beynəlxalq nüfuzu baxımı¬ndan münasibət bildirir. Zəlzələ ilə bağlı Azərbaycanda da Türkiyədə olduğu səviyyədə ağrı-acılar yaşandı, hələ də yaşanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğ¬malarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezlik¬lə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Azərbaycan bu təbii fəlakət olan anlardan qardaş Türkiyəyə dəstəyini əsirgəmir. Bu dəstək təkcə maddi dəstək deyil, həm də mənəvi dəstəkdir. Faciə xalqı da olduqca ciddi sarsıtdı. Xalq türk qardaşlarına, faciədə həlak olanların ailələrinə, yaralananlara qardaş köməyini əsirgəmir. Bakıda, eləcə də Azərbaycanın iri şəhərlərində kütləvi yardım kompaniyaları təşkil edilib. Xalq imkanı qədərincə yardım göstərir. Bu yardımlaşma tarixi qardaşlığa görə yaşanılan və yaşanılacaq münasibətin təzahürüdür.
Azərbaycanın ən böyük şirkəti SOCAR bu faciənin fəsadlarının aradan qaldırılmasında fəal iştirak edir. Türkiyədə böyük fəaliyyəti, böyük imkanları olan SOCAR indi mahiyyət baxımından həm də Türkiyənin şirkətidir. O, bütün imkanları ilə Türkiyənin yanındadır…
Azərbaycanda bütün dövlət qurumları bu faciənin fəsadlarının aradan qaldırılmasına səfərbər edilib. Dövlət qurumlarının nümayəndələri öz strukturlarında yardım kompaniyasını mü¬tə¬şək¬kil təşkil ediblər. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunur. Azərbaycandan Türkiyəyə xeyli tibbi yardım, tibb personalı göndərilib. Bununla bir sırada Azərbaycanın xəstəxanalarında zəlzələdə yaralananların qəbulu və müalicəsi uçun bütün şərait var. Bakıda da, digər şəhər¬lər¬də, o cümlədən Naxçıvan Muxtar Respublikasında da palatalar, çarpa¬yılar ayrılıb…
Fevralın 6-8-də Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı, FHN-in 725 nəfərlik şəxsi heyəti göndərilib. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə fevralın 9-da Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.
Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordu¬su¬nun hərbi tibb personalı fevralın 8-dən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırıl¬ması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələ¬dən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər…
Azərbaycan Türkiyədə baş vermiş təbii fəlakətin – zəlzələnin fəsadlarını öz ağrı-acısı bilir. Dövıət olaraq deyir: Azərbaycan yanındadır, Türkiyəm!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı