Gürcüstanın qərbində - Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 19.33-də qeydə alınan yeraltı təkanların ocağı 4,96 km dərinlikdə olub.
Dağıntılar barədə məlumat verilməyib.