Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lerik Relax idman kulubuna təmirdən sonra baxış keçirilib-FOTOLAR

Lerik Relax idman kulubuna təmirdən sonra baxış keçirilib-FOTOLAR


Lerik rayonunda yeni təmir olunmuş Lerik Relax İdman Kulubunun Ağır atletika zalında idmançılar və onlara yaradılan şəraitlə tanışlıq olub.

Newscenter.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayibov, millət vəkili İqbal Məmmədov, Ağır Atletika Federasiyasının nümayəndəsi Anar Huseynov və Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov yeni istifadəya verilən zalda yaradılmış şəraitlə maraqlanıb, idmançılar və məşqçilərlə fikir mübadiləsi aparıblar.

Söhbət zamani regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb. İdm. zan Kulubundakı məşq zalının yüksək standartlara uygun avadanliqlarla təchiz olunduğu bildirilib. Qeyd edilib ki, zövqlə dizayn edilmiş zalda körpücüklər, masa üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanliqlar yerləşdirilib.

Görüş barədə fikirlərini bölüşən millət vəkili İqbal Məmmədov deyib ki, bölgələrdə ən müasir standartlara cavab verən Ağır atletika zallarinin istifadaya verilmasi bu idman növünün gənclər arasinda populyarlaşmasını təmin edir. Deputat qeyd edib ki, maddi-texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ila məşğul olmaq istəyənlərin sayını artirıb:

"Bölgələrdə yeni idman zallarinin açılması ağır atletlərin müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, həmçinin yığma komandalarin təlim-məşq toplanişlarının daha da yaxşı təşkil olunmasına imkan verir".



Anar
Xəbəri paylaş