Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mehriban xanım müraciətində insanlarımızın bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir”

“Mehriban xanım müraciətində insanlarımızın bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir”


"Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Azərbaycanın dəstəyi ən yüksək səviyyədə davam edir. Azərbaycan xalqı və dövləti bu çətin gündə qardaş və bacılarımız üçün əlindən gələni edir. İnsanlar könüllü şəkildə yardım məntəqələrinə gedir, dəstək göstərməyə çalışır. Maddi vəziyyətindən asılı olmayaraq, bütün insanlarımız səfərbərdir. Bu, Azərbaycan xalqının əsas keyfiyyət göstəricisidir".

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da xalqımızın xeyirxah, nəcib keyfiyyətləri xüsusi qeyd olunur. Qardaş ölkəyə yardım daha geniş miqyasda davam edir:

"Bütün humanitar missiyalarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu öndədir. Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verildi. Belə ki, Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanır və ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınır".

Deputat qeyd edib ki, növbəti humanitar dəstək fonunda Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəsübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük:

"Təsadüfi deyil ki, bu gün bütün Azərbaycan qadınları, anaları ürək yanğısı ilə zəlzələ qurbanlarına dəstək nümayiş etdirir. Türkiyədəki zəlzələni müzakirə edərkən Azərbaycan xalqının da milli birlik və həmrəyliyi xüsusi qeyd olunur. Mehriban xanım müraciətində insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir".

Könül Nurullayeva diqqətə çatdırıb ki, xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur:

"Mehriban xanım müraciətində hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə də yüksək qiymət verir. Yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin humanistliyi, nəcib əməli təqdir olunur. Azərbaycan xalqı sona qədər qardaş Türkiyənin yanındadır".

Ruhiyyə
Xəbəri paylaş