Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Əsədli: "AZAL özəl uçuş reysi təşkil etsin və tələbələri ölkəyə gətirsin"

Anar Əsədli: "AZAL özəl uçuş reysi təşkil etsin və tələbələri ölkəyə gətirsin"


AY Partiya Başqanı Anar Əsədli Türkiyədəki Azərbaycanlı tələbələrin müvəqqəti olaraq ölkəyə qaytarılması haqqında təklif irəli sürüb.

Newscenter.az-ın xəbərinə görə, partiya sədri qeyd edib ki, Türkiyədəki dəhşətli zəlzələdə evsiz qalmış vətəndaşların müvəqqəti olaraq universitetlərin yataqxanalarında yerləşdiriləcəkləri üçün uzaqdan təhsil sisteminə keçilib:

"Tələbələr yataqxanaları boşaldıb evlərinə qayıtmalıdır. Bu vəziyyətdə Azərbaycanlı tələbələrin ölkəmizə qayıdışının dövlət səviyyəsində təmin edilməsi şərtdir. Dövlət rəsmilərinin bu məsələyə biganə qalmamasını, qardaş ölkənin işini bir az asanlaşdırmaq üçün Azərbaycanlı tələbələrin ölkəyə qayıtmasını təmin etməsini rica edirik".

Anar Əsədli təklif edib ki, Azərbaycan Hava Yolları (AZAL) şirkəti təyyarə ilə özəl uçuş reysi təşkil etsin və tələbələri ölkəyə gətirsin:

"Naxçıvan ilə quru yolları açılsın, dövlət hesabına avtobuslar göndərilsin və tələbələr ölkəyə gətirilsin. Azərbaycan hökümətinin belə imkanları yoxdursa, o zaman Türkiyədəki və Azərbaycandakı azərbaycanlı iş adamlarına müraciət edilsin, holdinq və şirkət rəhbərlərinin yardımı ilə onlar bu tələbələrin ölkəyə gətirilməsini təmin etsin. Tələbələrimizin taleyinə biganə qalmayaq".

Mehman
Xəbəri paylaş