Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 981 nəfər müalicə olunaraq sağalıb, hazırda 150 aktiv xəstə var. Bu günə qədər 10 098 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 937, bu günə qədər isə ümumilikdə 7 505 118 test icra olunub.
Sevinc