Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis təkzib edir: Avropa Parlamentinin prezidenti Sahibə Qafarovaya məktub göndərməyib

Milli Məclis təkzib edir: Avropa Parlamentinin prezidenti Sahibə Qafarovaya məktub göndərməyib


Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunub.

Newascenter.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir:

"Mətbuatda dərc olunan həmin məlumatlarla biz də sosial media vasitəsilə tanış olduq. Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb".

Açıqlamada o da qeyd edilib ki. belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcəkdir.

Arzu
Xəbəri paylaş