Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir.

Bu gün Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir.


Bu gün Azərbaycanda və şərqdə ilk televiziyanın yaranma günüdür. Qeyd edək ki, televiziyanın yaranmasından 67 il ötür. “Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə etsə də, bir il sonra Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Hicran Hüseynova deyib ki, dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir:

"Sevindirici haldır ki, artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır".

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin, ana dilimizin, milli-mədəni sərvətlərimizin təbliğində böyük rol oynayan teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır".

Hicran Hüseynovanın sözlərinə görə, bu gün isə Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir:

"Azərbaycan Teleradiosu millətin səsidir. Arzu edirik ki, bu millət səsi ötən 67 ildə olduğu kimi, bundan sonra da həmişə inamlı, gur səslənsin, həmişəki kimi ürəklərə yaxın olsun! Azərbaycan televiziya əməkdaşlarını ürəkdən təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!".

Mehman
Xəbəri paylaş