Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, rəsmi Bakının İrəvana göndərdiyi sülh müqaviləsinin mətni üzərində işləyirlər. Qriqoryanın sözlərinə, görə tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun qənaətincə, İrəvan ötən ilin mart ayında olduğu kimi rəsmi Bakının göndərdiyi təkliflərə elə bəndlər əlavə edəcək ki, sülh sazişinin mətnini razılaşdırmaq yenə mümkün olmayacaq:
"Məsələn Qriroqyan İrəvanın təkliflərində Qarabağla bağlı maddələrin olduğunu bildirib. Elə bu “bəndin” əlavə edilməsi kifayətdir ki, mətni bəri başdan rədd edəsən".
Mehman