Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda içməli su təchizatı və tullantı su layihələrinin icrası davam etdirilir

Regionlarda içməli su təchizatı və tullantı su layihələrinin icrası davam etdirilir


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şəki, Şirvan və Salyan şəhərlərində içməli su təchizatı və tullantı su layihələrinin icrası davam etdirilir.

Newscenter.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, layihələr çərçivəsində görülmüş işlər və perspektiv vəzifələr Şəki, Şirvan və Salyan şəhərlərində keçirilən təqdimatlar zamanı ətraflı müzakirə olunub.

Təqdimatlarda qeyd olunub ki, istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən tullantı sularının axıdılması xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Hazırda hər üç şəhərdə içməli və tullantı su şəbəkələrinin tikintisi işləri həyata keçirilir. Ötən müddətdə yeni şəbəkələrin yaradıldığı ərazilərdə əhalinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. İçməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması şəhərlərin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.

Sevinc
Xəbəri paylaş