"İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra ölkəmizdə böyük quruculuq işləri başladı. Azərbaycan həm işğldan azad edilmiş ərazilərdə, həm də digər ərazilərdə möhtəşəm, dinamik inkişaf mərhələsinə qədəm qoydu. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında respublikanın iqtisadi inkişafı haqqında geniş məlumatlar verdi. Bu məlumatların mahiyyəti ölkənin sabahlarının daha nurlu olacağına inam kimi dinlənildi".
Newscenter-az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Səbinə Xasayevanln sözlərinə görə, bu və ya digər dövlətin iqtisadi inkişafı həm də onun enerji resursları ilə hansı səviyyədə təmin edilməsindən də asılıdır:
"Bu baxımdam Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Cənab Prezident çıxışında qeyd etdi ki, ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə güclənməkdədir. Bu baxımdan Mingəçevir Azərbaycan üçün, müəyyən mənada, baza hesab edilə bilər. 2025-ci ildə Mingəşevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Bu, Azərbaycan üçün qüdrətə qüdrət kimi yaşanılacaqdır".
Millət vəkili deyib ki, müstəqil Azərbaycanda bütün sahələr üzrə qazanılan uğurlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin dühasının nəticəsidir:
"Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdu. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdu. 2025-ci ildə açılışı olacaq stansiya bu şəbəkənin bir hissəsi və davamı hesab edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi:“Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin”. Azərbaycan bu və bu kimi inamın inkişaf mərhələsini yaşayır, gələcək inkişaf daha möhtəşəm olacaq...Ölkə başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri haqqında da müxtəsər məlumat verərək dedi: “Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq”.
Səbinə Xasayeva onu da deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışı Azərbaycanın həm siyasi, həm də iqtisadi qüdrətinin daha da artdığının, artacağının təsdiqidir.
Mehman