"Qardaş ölkədə "Türkiyə tək ürək" yardım kampaniyası çərçivəsində telemorofon keçirilib və 115 milyard TL, (10 milyard manatdan çox) pul vəsaiti toplanıb. Toplanan vəsait məlum 6-fevral 2023 tarixində baş vermiş zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərə sərf ediləcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi şərhçi Çingiz Şahbazinin sözlərinə görə, böyük göstəricidir və insanlıq tarixinin parlaq nümunələrindən hesab edilə bilər:
"Türk xalqı hər zaman olduğu kimi bu dəfə də ölkəsinin həssas məqamında, daha bir möhtəşəm birlik və bərabərlik nümunəsi sərgilədi. Bütün bunlar türk xalqının içində yaşayan sevgi və mərhəmətin göstəricisidir. Biz bu olub bitənlər fonunda onun da şahidi olduq ki, ölkə bir neçə ailədən və yaxud adamdan ibarət deyil. Burda çox böyük məbləğdə maliyyə yardımlarını həyata keçirən on minlərlə burjua ailələrin nümayəndələrini gördük. Onlar ölkəsinin və xalqının yanında olduqlarını göstərdilər və fəlakətin vurduğu yaraları tez bir zamanda sarımağa çalışdıqlarını nümayiş etdirirlər. Biz bir daha əmin olduq ki, hər bir ölkəyə burjuy təbəqənin varlığı və olması daha çox faydalıdır. Çünki, hər hansı bir ölkə insanının zəngin yaşaması və onun imkanları, onun ölkəsinin zəngin və imkanlarının daha da inkişaf etməsini təmin edər. Necə ki, insanı yaşat ki, dövlət yaşasın, demişlər".
Natiq