Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə bir daha nə qədər böyük dövlət olduğunu ortaya qoydu

Türkiyə bir daha nə qədər böyük dövlət olduğunu ortaya qoydu


“Ötən gün zəlzələ qurbanlarına dəstək və baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə televiziya kanallarında canlı olaraq keçirilən yardım kampaniyası ilə Türkiyə bir daha nə qədər böyük dövlət olduğunu və heç bir qüvvənin Türk qüruru, Türk iradəsini sarsılda bilməyəcəyini ortaya qoydu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı fevralın 15-də keçirilən “Türkiyə, tək ürək” kampaniyasına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, vətəndaş cəmiyyəti nümayındələri qoşulub və nəticə etibarilə kampnaiya çərçivəsində 115 milyard lirə toplanıb:

“Türkiyədən kənarda fəaliyyət göstərən iş adamları, digər şəxslər də kampaniyada yaxından iştirak edib. Eyni zamanda Azərbaycan da bu kampaniyada yaxından iştirak edərək bir daha qardaşlıq, dostluq nümunəsini ortaya qoyub”.

Arzuman Muradlı onu da qeyd edib ki, “Türkiyə, tək ürək” kampaniyasına qoşularaq dövlətə, təbii fəlakət qurbanlarına dəstək olan Türkiyə vətəndaşları bununla həm də yaranmış vəziyyətdən sui-istifadə edərək qardaş ölkəni çökdürməyə, xalqla prezident Ərdoğan arasında uçurum yaratmaq, sosial narazılıqların meydana çıxmasına çalışanlara layiqli cavab verdi, onlara öz yerini göstərdi:

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi siyasilər belə bir ağır vəziyyətdən də sui-istifadə edərək öz siyasi maraqlarının təmin olunmasına cəhd edirlər. Ancaq türk xalqı bu kampaniyada birlik, bərabərlik, həmrəylik nümayiş etdirməklə dövlətinin yanında olduğunu ortaya qoydu, Türkiyəyə yönəlmiş xain planları pozmuş oldu”.

Natiq
Xəbəri paylaş