Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vardanyanı və başqa seperatçıları ya həbs edin, ya da.....

Vardanyanı və başqa seperatçıları ya həbs edin, ya da.....


Ermənistanın kütləvi informsiya vasitələrinin verdikləri məlumatına görə, fevralın 14-dən etibarən Azərbaycan tərəfi hətta Laçın dəhlizində hərəkət edən Rusiya sülhməramlılarının maşınlarına da ətraflı baxış keçirir, Qarabağa daxil olan və çıxan bütün maşınlar, o cümlədən Rusiya sülhməramlılarına məxsus avtomobillər Azərbaycan hərbçiləri tərəfindən saxlanılır və hərtərəfli axtarışdan keçirilir.

Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, bu Azərbaycanda hamının çoxdan gözlədiyi xəbərdir: “Bu yoxlamalar təbii ki, çoxdan gözlənilirdi, amma Ruben Vardanyanın rus hərbçilər tərəfindən təkrar Xankəndinə qaytarılması prosesi sürətləndirdi. Əslində bu səpkili məlumatlara əvvəl də rast gəlmişik, lakin vizual görüntülər əlimizdə mövcud deyil. Bu yoxlamalar təəccüblü deyil, çünki Vətən Müharibəsi başa çatandan sonra əksəriyyət Laçın yoluna nəzarəti rus kontingentə etibar edilməsinin yanlış olduğunu bilirdi, amma bəzən realliqları sübut etmək üçün müəyyən zamana ehtiyac olur”.

Ekspert hesab edir ki, ümumiyyətlə dünyanın heç bir yerində sülhməramlılar iki ölkə arasında giriş və çıxışa nəzarət etmir:

“Onlar sülhü qorumaq və atəşkəsə nəzarət etmək üçün, həm də 6 aydan bir dəyişmək şərti ilə əraziyə yeridilir. 27 ay Qarabağda rotasiyasız (dəyişmədən) xidmət edən rus hərbçisi əlbəttə ki, həm Rubenin və ya digərinin 5-10 qəpiyinə, həm də Haykanuşun süzgün gözlərinə aşiq olacaq. Odur ki, necə ki, biz İraqda və Əfqanıstanda kontingentimizi dəyirşirdik, ruslar da eləcə komandandan son əsgərə qədər 6 aydan bir dəyişməlidir”.

Ədalət Verdiyev onu da bildirib ki, Ruben Vardanyanın Qarabağdan ruslar tərəfindən Moskvaya qaçırılması və geri qaytarılması isə faktdır:

“Ruben məhz qaçırılıb, çünki o gizlin şəkildə Xankəndindən çıxarılıb. Arayik, eləcə də başqaları rusların əli ilə istəyəndə gedir, istəyəndə qayıdır. Yeri gəlmişkən A.Arutunyanın həbsi ilə bağlı Baş Prokurorluğun idarə rəisinin verdiyi bəyanatdan bu gün 1 il keçir. Hörmətli idarə rəisi, verdiyiniz sözü tutun, A.Arutunyanı, Ruben Vardanyanı və başqa seperatçıları da ya həbs edin, ya verdiyiniz bu bəyanatı geri götürün. Artıq gözləməkdən gözümüzün kökü saraldı”.

Natiq
Xəbəri paylaş