Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat və icra başçısı vətəndaşlarla görüşüb-FOTOLAR

Deputat və icra başçısı vətəndaşlarla görüşüb-FOTOLAR


Milli Məclisin deputatı Elnur Allahverdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla birlikdə 2023-cü ilin ilk səyyar qəbulunu keçirib.

Newscenter.az xəbər verir ki, icra başçısının verdiyi məlumata görə, 2022-ci ildə rayonda yerli icra strukturları rəhbərlərinin iştirakı ilə 38 səyyar qəbul keçirilib. Bu görüşlərdə 520 məsələ qaldırılıb, onların əksər hissəsi öz həllini tapıb.

Səyyar qəbul barədə fikirlərini sosial şəbəkə profilində paylaşan millət vəkili Elnur Allahverdiyev qeyd edib ki, budəfəki qəbulda da sakinlərimizi maraqlandıran suallar dinlənilib:

"Bir neçə sakin tərəfindən yaşadıqları evlərin təhlükəsizlik qaydalarına cavab verməməsi problemi qaldırılıb. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadları fonunda səslənən problem olduqca aktualdır. Rayonumuzda, xüsusən də dairəmizin ərazisində belə evlər var. Bu kimi binalarla bağlı millət vəkili olaraq mən də müvafiq orqanlara, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər ünvanlamışam. İcra başçısının verdiyi məlumata əsasən, müvafiq strukturlara sözügedən problemlə bağlı Yasamal Rayon İH tərəfindən də müraciət olunub".

Anar
Xəbəri paylaş