Dünyada 7000-ə yaxın danışıq dili var və bunlardan 2200 dilin öz yazı sistemi var. Bizim Ana dilimiz yayılma və istfadə səviyyəsinə görə 7000 dil arasında 38-ci yerdədir.
Bizim ən böyük yanlışlığımız başqa dillərdən dilimizə sözlərin daxıl olmasını dilin problemi hesab etməyimizdir. Dilin imkanlarının genişlənməsində alınma sözlər qədər rol oyanayan ikinci bir faktor yoxdur. Dilə kənar sözlər daxil edilməsə bir dilin hansı vəziyyətdə olacağını təsəvvür etmək üçün gəlin dilimizə daxil olmuş sözləri çıxaraq. Yəni R, Z, F, J hərfləri ilə başlayan sözləri, qoşa saitli və qoşa samitli sözləri, dilimiz dəmir qanunu adlandırılan ahəng qanunun pozuldugu on minlərlə sözü dilimizdən çıxaraq. Onda dil hansı vəziyyətdə olacaq?!
İngilis dilini də geniş imkanlı dil edən 2 səbəbdən biri alınma sözlərdir.
Lügət tərkibində milyona yaxın söz olan və dünya dillərinə liderlik edən ingilis dilində hansı sözü bir az tərpədirsənsə etimalogiyasının altından başqa xalq çıxır. Amma heç vaxt inglislər “o sözü dilimizə daxil etməyək, bu sözü işlətməyək” deməzlər. Əksinə, hər il Oksfordda İngilis dilinin lügət tərkibi yenidən tərtib edilərək, başqa xalqların minlərlə sözləri əlavə edilir.
Odur ki, dilimizin lüğət tərkibinin genişlənməsindən qorxmaq lazım deyil.
Qorxmalı olduğumuz problemlərimiz başqadır. Dilin problemi ara dialektlərin bədii, hətta elmi üsluba keçməsidir, Yüksək səlahiyyətli şəxslərin, Azərbaycanın hər cür orden-medalını alanların bəzilərinin hələ də doğma dilində danışa bilməməsidir, dilin problemi.
Dilin başqa bir problemi, valideynlərdən heç biri «яблоко» sözünü düz tələffüs edə bilmədiyi halda uşaqların kütləvi şəkildə yad sektora ünvanlanmasıdır. Uşaq 7-ci sinifə çatır, elm qalır bir kənarda, bütün ailə hələ də felin “qlaqol” olduğunu öyrənir.
Bunlardır dilin problemi.
İngilis dilində elmi imkanların geniş olması, rus dilində fellərin praktik istifadə zənginliyi və digər dillərin digər üstünlükləri olsa da, bizim Ana Dilimizin öz üstünlükləri (məsələn, isimləri) var. Bu dilin ən böyük üstünlüyü isə mənim dilim, sənin dilin olmasıdır.
Eldəniz Əmirov-iqtisadçı