Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquq müdafiəçisi səfirliklərin Xankəndi-Laçın yolunda müşahidə aparmasını təklif edir

Hüquq müdafiəçisi səfirliklərin Xankəndi-Laçın yolunda müşahidə aparmasını təklif edir


"Qarabağda yaşayan ermənilərə ordakı oyuncaq rejim imkan vermir ki, öz nəqliyyat vasitələrindən istifadə edərək Laçın yolu ilə Ermənistana və geriyə hərəkət etsinlər. Onlar sərnişindaşımanı və yükdaşımanı da qəsdən mülki nəqliyyat vasitələri ilə etmirlər. Burası aydındır. Erməni blokadanın olması görüntüsü yaradır".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. Onun sözlərinə görə, separatçı rejim dünyaya da bəyan edir ki, Qızıl Xaç və rus hərbiçiləri olmasa bizi Azərbaycan hakimiyyəti məhv edər:

"Bəs bizim XİN və aidiyyatı orqanlar, lap elə mediamız niyə bu işdə erməniçiliyi təkzib etmir? Nə vaxt hansısa mülki erməni nəqliyyat vasitəsi aksiya iştirakçıları tərəfindən geri qaytarılıb? Belə hal yoxdur. Amma hələ də biz bunu sübut edə bilmirik. Əksinə hər gün Qızıl Xaç və Rusiya hərbi kontingentinin avtomobillərini nümayiş etdiririk".

Sahib Məmmədovun qənaətincə, Azərbaycan tərəfi rəsmən bəyan etməlidir ki, yerli ermənilərə məxsus bütün nəqliyyat vasitələrinin keçidinə heç zaman problem olmayıb və olmayacaq:

"Onların da aksiya iştirakçılarının yanıdan keçdiyi dövrdə təhlükəsizliyinə tam təminat var. Yalnız narkotik, silah və təbii sərvətlərin daşınmasına yol verilmir. Hətta səfirlikləri də dəvət etmək olar ki, gəlin müşahidə aparın".

Natiq
Xəbəri paylaş