Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlər Kabinetinin Koordinasiya Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetinin Koordinasiya Şurasının növbəti iclası keçirilib


Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin Avropa Şurasının ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli Qərari ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Newscenter.az-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər – milli risk qiymətləndirilməsinin aparılması, müvafiq sahədə yeni qanunların qəbulu, habelə MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirmə prosesinə son hazırlıq mərhələsində həlli zəruri olan tədbirlər barəsində məlumat verib.

Daha sonra Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə ötən dövrdə görülmüş işlərdən danışıb. 2023-cü ilin 1-15 mart tarixlərində keçiriləcək MONEYVAL qiymətləndirici missiyasının ölkəmizə səfəri ilə bağlı təşkilati işlərin cari statusu, keçirilmiş təlimlər və aparılmış sınaq müsahibələr barədə iştirakçılara məlumat verib, həmçinin qiymətləndirmə üçün tələb olunan məlumatların və sənədlərin MONEYVAL qiymətləndirici missiyasına tamlıqla təmin edilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda həmçinin Koordinasiya Şurasının 2022-ci il 23 iyun tarixində təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verilib, Şura üzvləri tərəfindən gündəlikdə duran və cari məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş