Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi növbəti iclasını keçirib. Newscenter.az-a bu barədə sözügedən komitədən məlumat verilib.
"Bilindiyi kimi, bu il ölkəmizdə qeyd olunan tarixi günlərlə, eyni zamanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məhkumlar haqqında böyük əfv aktı gözlənilir. Bununla əlaqədar ömürlük məhbusların da işlərinə məhbəs həyatı dövründə etdikləri səhvləri anladıqlarına görə yenidən baxılmaq ehtimalı var".
Qeyd edilib ki, həmin məhbusların doğmalarından Təranə Məmmədova, Tükəzban Kazımova, Raci Zəkiyev, Əsmət Əhmədova, Nailə Vəliyeva, Aytac Əmiraslanova, Nəzakət Kazımova iclasda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə yenidən müraciət ünvanlamağı vacib saydılar. Müraciəti gələn həftə müvafiq dövlət orqanına çatdırmaq qərara alındı. Müdafiə Komitəsinin sədri Akif Nağı müraciətin mətni barədə tezisləri üzvlərin nəzərinə çatdırıb.
Mehman