Avropa Birliyi bizim sərhədə hərbiləşdirilmiş missiya göndərməsi ilə, birliyin Bakı ofisi də bir neçə ölkənin səfirliyi və media nümayəndələri ilə müzakirələrə başlayıb.
Müzakirənin mövzusu da media haqqında qanunundur.
Mənim bir neçə sualım var, fikirləşirəm onların səslənməsi ilə aydın olacaq bəzi məqamlar :
1. Avropa Biliyi Bakı ofisi ölkədə bir il öncə qəbul edilmiş , altı ay öncə qüvvəyə minmiş media haqqında qanunun müzakirəsinə gecikməyib ki ?
Nə baş verib ki, Avropa Birliyi bu müzakirəni 18 ay gecikmə ilə , indi edir ?
Aydın məsələdir ki, artıq qəbul olunmuş , qüvvəyə minmiş qanunun müzakirəsi arxadan atılan daşdır.
Amma məntiqi sual yaranır , Avropa Birliyi bu müzakirədən “əldə etdiyi təklifləri” hansı istiqamətdə istifadə edəcək ?
2. Müzakirədə iştirak edən Fransanın Bakıdakı səfiri əgər doğurdan media təəssübkeşidirsə , öz ölkəsində son iki ildə bağlanan saytların təəssübünü niyə çəkmir ?
Fransada son iki ildə islamafob isteriya ilə, şəxsən Makronun müəllifi olduğu qanunla 800-dən çox maarifləndirici qht və onların elektron ressursları bağlanılıb.
Fransa Qurani-Kərimdən sadəcə ayələr paylaşan saytları bağlayanda adı olur ekstremist radikallarla və ya terrorla mübarizə.
Azərbaycan iran propagandası və diğər radikal ekstremist media ressursları nəzarətə götürmək istəyəndə adı olur mediaya təzyiq ?
Niyə ?
3. Azərbaycana sanksiyalar tətbiq edilsin təklifi verən ölkənin , “Azərbaycan hökümətinə təzyiqləri artırın” anlamına gələn mesaji verən səfirinin başına toplaşanlar lütfən özlərini medianın qoruyucusu kimi göstərməsinlər…
Desinlər ki, qrant sezonudur, alverə gəlmişik…
Yeganə Hacıyeva-Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü