Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupunu zibilliyə kim göndərib?

Minsk qrupunu zibilliyə kim göndərib?


"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Moskvada keçirdiyi son birifinqdə “Qərb ölkələri Minsk Qrupu formatını tarixin zibilliyinə atıb” ifadəsinin düzəlişə ehtiyacı var. Bəli, cümlənin ikinci hissəsi həqiqəti əks etdirir, Minsk Qrupu formatı tarixin zibillliyinə atılıb. Ancaq qrupu zibiliyyə Qərb atmayıb, bunu Azərbaycan və Rusiya reallaşdırıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxsn Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Minsk Qrupundan imtinanı rəsmən bəyan etdi:

"Tərəflərdən biri həmsədrlik institutundan imtina edibsə, qrup çalışa bilməz. Minsk Qrupu formatına ikinci böyük zərbəni Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başladığı işğalçı müharibə vurdu. İşğalçı müharibəyə qədər Moskva Minsk Qrupu formatından imtina etməmişdi. ABŞ və Fransa Rusiyaya qarşı sanksiyalar qəbul etdiklərinə görə, bu 3 ölkənin vahid masada Qarabağ məsələsini müzakirə etməsi imkansız oldu. Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasaydı, bu gün Rusiya ABŞ və Fransa ilə birgə Minsk Qrupu formatının işinə davam etməsini istəyərdi. Ancaq Ukrayna müharibəsi fonunda bu mümkün deyil və müharibə bitsə belə həmsədrlər birgə çalışa bilməyəcəklər. Buna baxmayaraq, İrəvan hələ də Minsk Qrupu formatının dirçələcəyinə ümid edir. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan “sülh təkliflərini” Azərbaycanla yanaşı həmsədr dövlətlərə – Rusiya, ABŞ və Fransaya da göndərib".

Mehman
Xəbəri paylaş