Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası Bakıda beynəlxalq konfrans keçirilib

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası Bakıda beynəlxalq konfrans keçirilib


Fevralın 18-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Əvvəlcə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O, tədbirin keçirilmə məqsədini belə izah edib:

“Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.

Daha sonra REA-nın akademiki, REA Rəyasət Heyətinin üzvü, REA-nın prezidentinin müavini, RF hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, prof. Xabriyeva Taliya Yarullovna bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur: “Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb”.

O, ötən il çox vacib hadisənin baş verdiyini deyib. Qeyd edib ki, assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının ilk xarici nümayəndəsi olub, o, həmçinin Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub”.

Daha sonra RF Elmlər Akademiyasının müxbir üzvü, REA Rəyasət Heyətinin üzvü, REA-nın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç giriş nitqi söyləyiblər.
Konfransın mövzusu ilə bağlı Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Nikolayeviç Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik (Rusiya) məruzə ilə çıxış ediblər.

Məruzələr dinləndikdən sonra konfrans iştirakçıları çıxış ediblər və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edib.
Xəbəri paylaş