Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaricdə təhsil alan tələbələrə müəyyən güzəştlər ola bilər

Xaricdə təhsil alan tələbələrə müəyyən güzəştlər ola bilər


"İstər ölkə daxilində, istərsə də xaricdə təhsil alan tələbələrə güzəştlər olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, Türkiyədə baş verən zəlzələdə həlak olanlar arasında təəssüf ki, azərbaycanlı tələbələr də var. Onların valideynlərinin söylədiyinə görə təyyarə biletləri baha olduğu üçün qış tətilini orada qalmalı olublar. Xaricdə təhsil alan tələbələr o qədər çox deyil. Düşünürəm ki, o tələbələrə müəyyən güzəştlər ola bilər. Məsələn, xaricdə təhsil alan tələbələrə aviabiletlərə 50 faiz endirim edilməlidir. O zaman düşünürəm ki, tələbələr tətillərdə rahat şəkildə evlərinə gələ bilərlər. Hesab edirəm ki, müvafiq qurumlar bununla bağlı hamını razı salan addımlar atacaqdır".

Deputat vurğulayıb ki, ikinci məsələ tələbələrin təhsil haqqı ilə bağlıdır:

"Təhsil haqqı ilə bağlı müraciət edənlər çoxdur. Hesab edirəm ki, bu məsələdə də tələbələrimizə müəyyən güzəştlər edilməlidir. Çünki bəzi ailələr təhsil haqqını ödəyə bilmədiyi üçün övladını universitetə getməsinə icazə vermir. Əsasən də bölgələrdə. Ona görə də bu məsələnin həll edilməsi mütləqdir. Çünki hər kəsin ali təhsil almaq hüququ vardır".(sonxeber.az)
Xəbəri paylaş