Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qadınının dövlət idarəçiliyində artan rolunun ən uğurlu nümunəsi

Azərbaycan qadınının dövlət idarəçiliyində artan rolunun ən uğurlu nümunəsi


"Azərbaycan Respublikasında Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım olmaqla, Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü, Mehriban xanımın təyinatı isə Azərbaycan qadınının cəmiyyətin həyatında, dövlət idarəçiliyində artan rolunun ən uğurlu nümunəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, məhz Mehriban xanımın bu vəzifəyə təyin olunması ilə Birinci vitse-prezidentlik institutu dövlət idarəetməsində səmərəlilik və çevikliyi artırıb:

"Xüsusən Onun təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan, keyfiyyətli təhsil istiqamətində, habelə əhalinin sağlamlığının qorunması naminə çoxsaylı tədbirlər, sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli sahəsində qəti addımlar, xalqımızın milli-mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində reallaşdırılan layihələr, idman hərəkatında köklü dönüşə nail olunması, ekoloji problemlərin həllinə həssas münasibət dövlət idarəçilik sisteminə müasirlik qatdı".

Deputatın sözlərinə görə, Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyətinin ana xəttini heç şübhəsiz ki, ölkəmizdə xüsusi həssas əhali qrupları ilə iş, onların problemlərinin həllinə dəstək olmaq təşkil edir:

"Xüsusən Vətən müharibəsində və müharibədən sonrakı dövr ərzində Mehriban xanım Əliyeva şəhid və qazi ailələrinin, yaxınlarının ən böyük dayağına çevrilmiş, onların dar günündə səslərinə səs vermiş, səmimiyyətlə kədərlərinə şərik olmuşdur və Azərbaycan xalqı bu nəcib davranışı heç zaman unutmayacaq. Eyni zamanda işğaldan azad olunan torpaqların bərpasında cənab İlham Əliyevin rəhbərliyi altında humanitar missiyanın həyata keçirilməsində Mehriban xanımın sahib olduğu müstəsna rol, Birinci vitse-prezidentin dövlət başçısı ilə bərabər işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək quruculuq-bərpa prosesində, o cümlədən böyük qayıdışın reallaşmasında müstəsna töhfələr verməsi Azərbaycan xalqında böyük rəğbət doğurmaqdadır".

Mehman
Xəbəri paylaş