Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələ bu ölkədə bina inşası və tikintisində ciddi problemlərin olduğunu, tikinti zamanı mövcud normalara əməl edilmədiyini ortaya çıxartdı. Elə bu səbəbdəndir ki, ölkə miqyasında yaşayış binalarına yenidən ciddi baxış keçirilməsinin vacibliyi vurğulanır.
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə hesab edir ki, xüsusilə İstanbulda bu istiqamətdə dərhal hərəkətə keçmək lazımdır.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, partiyasının qrup toplantısında çıxış edən MHP sdəri bunlarl deyib:
"İstanbulda 1 milyon 528 min 782 binanın, hər kvadrat kilometrə 3 min 49 nəfərin düşdüyünü və bu şəhərdə mövcud bina fondunun 70 faizinin 1999-cu ildən əvvəl tikildiyini nəzərə alsaq, təcili tədbirlər görməyimiz vacib şərtdir. Dərhal hərəkətə keçməliyik”.
Mehman