Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün peşəkar hüquqşünaslar arxaya, baytar və mexaniklər isə önə çəkilir

Bu gün peşəkar hüquqşünaslar arxaya, baytar və mexaniklər isə önə çəkilir


"Təəsüflə qeyd edim ki, bu gün peşəkar və uzun illər şərəflə Dövlətinə xidmət etmiş hüquqşünaslar arxaya, qeyri peşəkarlar, baytar və mexaniklər, saxta diplomlu "ali təhsilli" zooloqlar, hərbi xidmətdə olmayanlar isə önə çəkilirlər. Kadr təyinatı zamanı kimlərinsə idarəçilik bacarığına, peşəkar kadr olmalarına və digər müsbət göstəricilərinin olmasına deyil, yalnız şəxsi maraqlarının həllinə daha çox önəm verir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, təyin edilən savadsız və vicdanını şeytana satmış qeyri peşəkar kadrlar özləri üçün Dövlətin strateji müəssisəsində kiçik bir dünya yaradırlar.
5 ildən cox davam edən bu haqsızlığın nə vaxtsa məntiqi sonluğu olmalıdır:

"Vəzifəsinə güvənib öz aləmində özlərini hər kəsdən ağıllı hesab edənlər unutmasınlar ki, həyatda ən təhlükəli insan ümidi hər şeydən kəsilib, itirməyə heç nəyi olmayanlardır".

Mehman
Xəbəri paylaş