Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz regionu Qərblə Rusiya arasında hərbi qarşıdurma meydanına çevrilə bilər -ÖZƏL

Cənubi Qafqaz regionu Qərblə Rusiya arasında hərbi qarşıdurma meydanına çevrilə bilər


“Cənubi Qafqaz regionu Qərblə Rusiya arasında geosiyasi və geoiqtisadi toqquşma, hətta hərbi qarşıdurma meydanına çevrilə bilər”.

Bu fikirləri Newscenter.az-a Azərbaycan Yüksəliş Partiyasının İcra Aparatının rəhbəri Aqil Dadaşzadə səsləndirib. O bildirib ki, bundan qaçmaq üçün Azərbaycanın Ermənistana təklif elədiyi şərtlər çərçivəsində razılaşmaların əldə olunması, eyni zamanda sülh müqaviləsinin Brüssel formatı qəbul edilməlidir:

“Prosesdə Türkiyənin rolunu xüsusilə qabartmaqda fayda var, bu mənada Ermənistanla qardaş ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması ümumi prosesə yalnız töhfə verə bilər. Ən son, Münhen Konfransı görüşləri ərəfəsində və sonrasında Azərbaycanın dövlət başçısının sülh təşəbbüslərinin Brüssel formatını qəbul etdiklərini bildirməsi də onu deməyə əsas verir ki, rəsmi Bakı bölgədə dövlətlərarası və xalqlararası sülhün, barışın, birgəyaşayışın, regiona iqtisadi tərəqqi gətirəcək yol-nəqliyyat və digər mühüm kommunikasiyaların açılmasında, münasibətlərin normallaşmasında maraqlıdır. ABŞ və Avropa rəsmilərinin məsələ ilə əlaqədar açıqlamalarında da, Azərbaycanın mövqeyinə isti yanaşıldığı görüntüsü var”.

Mehman

Xəbəri paylaş