Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərindən biri olan Adıyamanda axtarış-xilasetmə işlərinə qatılan erməni qrupunun rəhbəri, polkovnik-leytenant Qari Armağanyan, türklərin onlara qarşı olan münasibətindən razı qaldıqlarını ifadə edib.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, Armağanyan Türkiyəyə düşən ilk dəqiqələrdən təşəkkür sözləri eşitdiklərini bildirib:
"Bizimlə çox yaxşı rəftar etdilər. Onlara dəstək olduğumuza və kömək etdiyimizə görə təşəkkür etdilər. Təyyarədən endiyimiz ilk saniyədən biz ancaq təşəkkür və minnətdarlıq sözləri eşitdik".
Mehman