Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran çox böyük riyakarlıq nümayiş etdirir -ÖZƏL

İran çox böyük riyakarlıq nümayiş etdirir


Avropa İttifaqı tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olunduğu halda, rəsmi Tehranın burnunun ucuna gəlib çıxan Aİ-nin Ermənistandakı mülki missiyasına nədən etiraz etməməsi maraq doğurur. Bəs, görəsən Tehranın bu susqunluğunun arxasında nə dayanır?

Politoloq İlyas Hüseynov Newscenter.az-ın bununla bağlı sualını cavablandırarkən deyib ki, İran tərəfi Tehran bu susqunluğu ilə Qərb ilə münasibətlərdə müəyyən dividentlər qazanmağa çalışır:

“Cənub qonşumuz istəyir ki, İran-Ermənistan yolunun maliyyələşdirilməsinə Avropa İttifaqı sərmayə yatırsın, müxtəlif proqramlar həyata keçirsin. Eyni zamanda İranda insan hüquq və azadlıqlarının pozulmasına göz yumsun. Bu ölkədə Azərbaycan dilinin təqib olunmasına dair Avropa İttifaqı heç bir şey səsləndirməsin, Avropanın siyasi institutlarında bu məsələ ilə bağlı heç bir müzakirə aparılıb, məruzələr dinlənilməsin. Məhz bütün bunlardan dolayı İran çox böyük riyakarlıq nümayiş etdirir. Dildə Qərb, Avropa düşmən kimi qələmə verilsə də, lakin əməldə heç bir praktik addımlar atılmır”.

Politoloq qeyd edib ki, İslam dəyərlərini əlində bayraq edən bir rejim xristian Ermənistanı ilə yaxın əlaqələr qurur:

“Hətta ermənilərin vaxtı ilə işğala məruz qoyduğu ərazilərimizdə məscidlərin təhqir olunmasına, dini ibadət məkanlarında mal-heyvan, donuz saxlanmasına göz yumurdu. Təəssüf ki, bizim cənubda belə bir riyakar, hiyləgər və mənfur qonşumuz var”.

Mehman
Xəbəri paylaş