Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR Pakistanda mayeləşdirilmiş təbii qaz terminalının yaradılmasında iştirak edəcək

SOCAR Pakistanda mayeləşdirilmiş təbii qaz terminalının yaradılmasında iştirak edəcək


Energetika naziri Pərviz Şahbazov Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə görüşüb.

Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Mayeləşdirilmiş təbii qazın (LNG), neft məhsullarının təchizatı üzrə mövcud əməkdaşlığın inkişafına, eləcə də Pakistanda LNG terminalının yaradılmasında SOCAR-ın iştirakına dair müzakirələr aparılıb.

Həmçinin enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib.

Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib.

Sevinc
Xəbəri paylaş